RU

ƏHALİNİN NƏZƏRİNƏ: Azərbaycanda pensiya yaşı bu halda 68-ə qaldırılacaq

“Hazırda Azərbaycanda pensiya yaşı 65-dir. Bu gün pensiyaya çıxan hər bir Azərbaycan vətəndaşına orta hesabla 12 il təqaüd ödənilməsi nəzərdə tutulur. Yəni, biz pensiyaya 65 yaşında çıxırıq, hökumət isə öhdəlik götürür ki, təqaüd alacaq hər bir vətəndaşa 12 il təqaüd ödəyəcək. Bu isə o deməkdir ki, bir insan orta hesabla 77 yaşa kimi ömür sürməlidir. Belə olan halda hökumətin pensiya öhdəliyi tam yerinə yetirilmiş sayılır”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli səsləndirib

Onun sözlərinə görə, məntiqlə Azərbaycan vətəndaşı bu gün ən maksimum halda 62 yaşında pensiyaya çıxmalıdır:

“Azərbaycan hökumətinin rəsmi məlumatına görə, ölkədə vətəndaşın orta ömür uzunluğu 74 yaşdır. BMT-nin hesablamasına görə isə, bu rəqəm təxminən 72 yaşa bərabərdir. BMT-nin hesablamasına görə, Azərbaycan hökuməti ölkə vətəndaşları qarşısında götürdüyü öhdəlikləri 5 il yerinə yetirmir. Azərbaycan hökumətinin hesablamalarına görə isə, vətəndaşlar qarşısında götürdüyü öhdəliyin tam yerinə yetirilməməsi müddəti 3 ildir. Yəni statistikaya görə, Azərbaycanda vətəndaş 74 yaş yaşayır. Ancaq BMT hesablamalarına görə bu rəqəm 72-dir. Bu rəqəmlə götürsək, o zaman Azərbaycanda pensiya yaşının 3 il azaldılması vacibdir. Yəni məntiqlə Azərbaycan vətəndaşı bu gün ən maksimum halda 62 yaşında pensiyaya çıxmalıdır”.

Bəs Pensiya yaşının artırılması nə zaman baş verir? 

Ekspert sualı belə izah edib:

“Pensiya yaşının artırılması Azərbaycanda o zaman baş verəcək ki, ölkə vətəndaşlarının orta ömür uzunluğu 77 yaşından yuxarı olacaq. Yəni Azərbaycan vətəndaşlarının orta ömür uzunluğu 80-nə çatsa, bu zaman hökumət pensiya yaşını 68 yaşa qədər qaldıra bilər. Bu, məntiqli olacaq”.\\NOCOMMENT.az

Избранный
38
musavat.com

1Источники