RU

Türkiyə meşə yanğınlarının söndürülməsində İrana kömək edəcək

Türkiyə Mazandaran ostanında baş verən böyük meşə yanğınlarını söndürmək üçün İrana təyyarə göndərəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İRNA İran rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə tərəfi yanğının söndürülməsi üçün iki təyyarə, bir helikopter və yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi barədə göstəriş verib.

"Türkiyədən tələb olunan təyyarə ən pis hava şəraitində belə manevr edə bilir və sabah (noyabrın 23-də - Qeyd) Elita meşələrində baş verən yanğınların söndürülməsi üçün hava əməliyyatına qoşulması planlaşdırılıb", - deyə agentlik rəsmidən sitat gətirib.

Qeyd edək ki, İranın şimalında Mazandaran ostanının dağlıq Elit bölgəsində bir neçə gündür ki, Hirkani meşələrində güclü yanğın davam edir. Quraqlıq və yağışın olmaması yanğının yayılmasına şərait yaradır. Tehran dünən yanğınların söndürülməsi üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

"Cebheinfo.az"

Избранный
17
2
cebheinfo.az

3Источники