RU

“Turan Tovuz" “Araz-Naxçıvan"la heç-heçə etdi, “Zirə” “Qəbələ”yə qalib gəldi

Misli Premyer Liqasının XII turunda daha iki oyun keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, günün ilk matçında “Turan Tovuz” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Tərəflər 1:1 hesablı heç-heçə ilə kifayətləniblər. Qonaqların heyətində Ba-Muaka Simakala 29-cu dəqiqədə hesabı açıb. 78-ci dəqiqədə Ayxan Hüseynov tarazlığı bərpa edib.

Bu nəticədən sonra “Turan Tovuz”un xalı 23-ə yüksələrək komanda ikinci pillədə qərarlaşıb. “Araz-Naxçıvan” isə 20 xalla altıncı sıradadır.

Günün digər qarşılaşmasında “Zirə” doğma meydanda “Qəbələ”ni qəbul edib. Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1. Qələbə qolunu 45+3-cü dəqiqədə penaltilə Ruan Renato vurub.

“Qəbələ” bu qələbə ilə xallarının sayını 23-ə çatdıraraq “Turan Tovuz”a yetişib. “Zirə” isə 5 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, tur noyabrın 23-də başa çatacaq. Daha əvvəl “Kəpəz” səfərdə “Karvan-Yevlax”ı 2:1, “Qarabağ” isə “Sumqayıt”ı 4:2 hesabı ilə məğlub edib.

Избранный
17
90deqiqe.az

1Источники