RU

“Barselona” “Atletik”i böyük hesabla məğlub etdi

İspaniya La Liqasının XIII turunda “Barselona” doğma meydanda Bilbao “Atletik”ini qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Spotify Kamp Nou”da keçirilən qarşılaşma kataloniyalıların 4:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. 

Oyunun erkən dəqiqələrində üstünlüyü ələ alan “Barselona” artıq 4-cü dəqiqədə Robert Levandovskinin qolu ilə hesabı açıb. Birinci hissənin əlavə olunmuş dəqiqələrində Ferran Torres fərqi artırıb.

Fasilədən sonra üstünlük davam edib. 48-ci dəqiqədə Fermin Lopes vurduğu qolla hesabı 3:0 edib. 90-cı dəqiqədə isə Ferran Torres oyunda özünün ikinci qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra “Barselona” 31 xalla La Liqada “Real”la eyni göstəricini paylaşıb. Bilbao “Atletik”i isə 17 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Избранный
25
14
90deqiqe.az

10Источники