RU

Talama cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Belə ki, naməlum şəxs gecə saat 03:00 radələrində zərərçəkmişə evinin qarşısında fiziki güc tətbiq edərək pul vəsaitini ələ keçirib. Bu barədə vətəndaş polisə məlumat verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən, keçmişdə də eyni əməllərə görə dəfələrlə məhkum olunmuş 36 yaşlı S.Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Избранный
24
11
yeniazerbaycan.com

10Источники