RU

“Renn” evdə “Monako”nu darmadağın etdi

Fransa Liq 1-in XIII turunda “Renn” doğma meydanda “Monako”nu qəbul edib.  

90deqiqe.Az-ın məlumatına görə, “Roazon Park” stadionunda keçirilən görüşdə meydan sahibləri 4:1 hesablı qələbə qazanıb.

Matçın 20-ci dəqiqəsində “Renn”in yarımmüdafiəçisi Abdelhamid Ait Budlal hesabı açıb. İkinci hissənin əvvəlində, 49-cu dəqiqədə Mahdi Kamara fərqi artırıb. 66-cı dəqiqədə qonaqların futbolçusu Denis Zakaria qırmızı vərəqə alıb. 73-cü dəqiqədə Bril Embolo hesabı daha da artırıb, 84-cü dəqiqədə isə Ludovik Blas dördüncü qolunu vurub. 90+5-ci dəqiqədə Mika Bieret fərqi minimuma endirib – 4:1. Qeyd edək ki, “Monako”nun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin bu oyunda iştirak etməyib.

Bu nəticədən sonra “Monako” 20 xalla turnir cədvəlində 8-ci, “Renn” isə 21 xalla 5-ci pillədə qərarlaşıb.

Избранный
29
90deqiqe.az

1Источники