Idman.biz saytına istinadən ain.az xəbər verir.
İspaniya La Liqasının 13-cü turunda “Osasuna” “Real Sosyedad”ı qəbul edib.
İdman.Biz bildirir ki, qonaqlar 3:1 hesablı qələbə qazanıblar.
“Osasuna”nın oyunçusu Alehandro Katena ilk qolu 42-ci dəqiqədə vurub. 52-ci dəqiqədə yarımmüdafiəçi Brays Mendes bərabərlik qolunu vurub, yeddi dəqiqə sonra hücumçu Qonsalo Quedes “Real Sosyedad”ı irəli çıxarıb. 82-ci dəqiqədə qonaq komandanın oyunçusu Ander Barrenetxea “Osasuna”nın qapısına üçüncü qolu vuraraq yekun hesabı müəyyənləşdirib – 1:3.
13 La Liqa oyunundan sonra "Osasuna"nın 11 xalı var və 17-ci yerdədir. “Real Sosyedad”ın 16 xalı var və doqquzuncu yerdədir.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.