RU

Liqa 1: “Monako” səfərdə “Renn”ə böyük hesabla uduzub

Fransa Liqa 1-in cari mövsümünün 13-cü turunun “Renn” və “Monako” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun Renn şəhərindəki “Roajon Park” stadionunda baş tutub. Meydan sahibləri 4:1 hesabı ilə qalib gəlib.

“Renn”"in yarımmüdafiəçisi Əbdülhəmid Ayt Budlal matçın ilk qolunu 20-ci dəqiqədə vurub. İkinci hissədə, 49-cu dəqiqədə ev sahibi komandanın yarımmüdafiəçisi Mahdi Kamara fərqi artırıb. “Renn”də oynayan "Monako"nun keçmiş hücumçusu Breel Embolo 73-cü dəqiqədə fərqi üç topa çatdırıb. Ev sahibi komandanın hücumçusu Lüdovik Blas 84-cü dəqiqədə komandasının dördüncü qolunu vurub. 90+5-ci dəqiqədə qonaq komandanın hücumçusu Mika Bieret matçın yekun hesabını qeyd edib – 4:1.

13 oyundan sonra “Monako” Fransa çempionatının turnir cədvəlində 20 xalla səkkizinci, “Renn” isə 21 xalla beşinci yerdədir.

İdman.Biz

Məqalədə:
Избранный
6
1
idman.biz

2Источники