RU

Kurqanlardan çıxan sirlər: bu zirehləri kim geyinirdi?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

Publika.az xəbər verir ki, buraxılışda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov tunc dövrünün möhtəşəm hərb memarlığı, qədim Azərbaycan döyüşçüsünün müdafiə texnologiyası, Zəngəzur və Naxçıvan qalalarının gizli hərbi rolu və s. mövzulardan danışıb.

O, Zəngəzurun qala sistemi, qədim Azərbaycan sivilizasiyasının Naxçıvanda tapılan qalxan fraqmentləri, Oğlanqala divarlarının tikinti sirri, şimal sivilizasiyasını qoruyan qalalarla bağlı maraqlı faktlar açıqlayıb.

S.Əhmədov qədim Azərbaycanın hərbi gücü, Amerika arxeoloqlarını heyran edən və Azərbaycanın gücünü göstərən Naxçıvanın qədim qalalar, hərbi əşyalar, həmçinin tunc dövründə hərb elminin necə qurulmasına aydınlıq gətirib.

Избранный
94
publika.az

1Источники