RU

Braziliyanın sabiq prezidenti ev həbsində elektron qolbağı açmağa cəhd edib

BAKI, 23 noyabr. TELEQRAF

Braziliyanın sabiq prezidenti Jair Bolsonaro ev həbsində olarkən ayağındakı elektron qolbağı sındırmağa çalışıb.

Teleqraf xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, Bolsonaro qolbağı açmaq üçün kiçik əl alətindən istifadə edib, lakin bu hərəkətinin səbəbini açıqlamayıb. Polis əməkdaşları qolbağın ciddi şəkildə zədələndiyini aşkarlayıb və onu dəyişdiriblər.

Braziliyanın Ali Məhkəməsinin hakimi Alexandre de Moraes Bolsonaro-nun müdafiəsinə bu pozuntunu izah etmək üçün 24 saat vaxt verib.

Избранный
116
teleqraf.com

1Источники