“Ferrari” komandasının sürücüsü Lyuis Hemilton Cankarlo Fişellinin 16 yaşındakı biabırçı antirekordunu təkrarlayıb.
"Ölkə.az" xəbər verir ki, britaniyalı 2009-cu ildən bəri sıralamada sonuncu yeri tutan ilk “Ferrari” sürücüsü olub.
Xatırladaq ki, Las-Veqas təsnifat mərhələsində Hemilton liderdən 9 saniyədən çox geridə qalıb. Lando Norris yarışın qalibi olub.
Formula 1 tarixində üçüncü olacaq Las-Veqas Qran Prisinin əsas yarışı bu gün Bakı vaxtı ilə səhər saat 07:00-da veriləcək.(publika.az)