RU

Can qol pası verdi, məğlubiyyətdən xilas oldular

Niderland Yüksək Liqasında (Eredeviziya) 13-cü tur keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ozan Can Kökçünün oynadığı "Volendam" səfərdə "Tvente" ilə 1:1 hesabı ilə heç-heçə edib.

Kökçü komandası hesabda geri olduğunda, 73-cü dəqiqədə meydana daxil olub. 86-cı dəqiqədə isə qol ötürməsi verərək ev sahiblərinin heç-heçə etməsinə səbəb olub.

Hazırda "Volendam" 14 xal toplayaraq turnir cədvəlində 13-cü yerdədir.

Избранный
42
sportinfo.az

1Источники