RU

Paşinyan yeni konstitusiyadan danışıb

Mən daxili legitimliyimizi gücləndirməyi fundamental məsələ hesab edirəm, bu da yeni Konstitusiyanın qəbulunda öz əksini tapmalıdır.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan siyasi elita ilə qapalı görüşdə deyib.

O, dövlət qulluqçuları qarşısında çıxışında beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü müdafiə etmək hüququndan, yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyindən danışıb.

"Silah və texnika əldə etmək və müdafiə texnologiyalarına çıxış imkanları eksponent olaraq artır. Mən daxili legitimliyimizi gücləndirməyi fundamental məsələ hesab edirəm ki, bu da yeni konstitusiyanın qəbulunda öz əksini tapmalıdır", - deyə Paşinyan qeyd edib.

Baş nazir əlavə edib ki, Ermənistan yeni konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilmə vaxtını müəyyənləşdirib. Onun sözlərinə görə, referendum parlament seçkilərindən-2026-cı ildən sonra təşkil olunacaq: "Seçkilərdən əvvəl siyasi qüvvələr cəmiyyətə bu məsələyə dair öz mövqelərini təqdim etməli, çoxluq qazanmış qüvvənin mövqeyi isə yeni konstitusiya layihəsinin formalaşdırılmasında həlledici rol oynamalıdır".

Избранный
15
10
xezerxeber.az

10Источники