Niderland Eredeviziyasında 13-cü tur keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün oynadığı "Volendam" komandası səfərdə "Tvente" ilə 1:1 hesabı ilə heç-heçə edib.
Kökçü komandası hesabda geri olduğunda, 73-cü dəqiqədə meydana daxil olub. 86-cı dəqiqədə isə qol ötürməsi verib.
Qeyd edək ki, hazırda "Volendam" 14 xal toplayaraq turnir cədvəlində 13-cü yerdədir