"Məni dəstəkləyən xalqıma, federasiya rəhbərliyinə, Milli Olimpiya Komitəsinə dərin təşəkkürümü bildirirəm. İslamiadanın qalibi olduğum üçün də qürurluyam".
İdman.Biz "Report"a istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva deyib.

"Bundan sonra daha böyük uğurlar qazanmaq istəyirəm. Hədəflərim böyükdür. Finalda türkiyəli Elvira Süleymanı ilə qarşılaşdım. Onunla daha əvvəl Avropa çempionatında üz-üzə gəlmişdim. Təəssüf ki, qabırğamdan zədə almışdım və hakim görüşü saxlayıb, ona qələbə vermişdi. İslamiadada revanş aldım. İnşallah, qarşıdakı dünya və Avropa çempionatlarında istədiyim nəticəni qazana biləcəyəm".

Digər idmançı, oyunlarda bürünc medal qazanan qadın güləşçi Həsənli Xədicə fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilmədiyi üçün təəssüfləndiyini bildirib: "Bu bizim İslam Oyunlarında komanda olaraq ilk çıxışımız idi. Çox sevindirici haldır ki, ölkəmizə medal ilə qayıtdıq. Nəticədən o qədər razı deyilik. Çünki oraya qızıl medal üçün getmişdik. Sadəcə olaraq məğlub olduğumuz rəqib Özbəkistan komandası bizdən təcrübə cəhətdən üstün idilər. Təəssüf ki, onlara bir xal hesabı ilə məğlub olduq".

Bu sözləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Arseni Cioyev deyib.
86 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı sözlərinə belə davam edib: “Həlledici qarşılaşmada bəhreynli Xıdır Saypudinovu məğlub etdim. Bu qələbə Azərbaycan xalqının dəstəyi sayəsində reallaşdı. Hər kəsə təşəkkür edirəm”.
Azərbaycan komandası Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan ikinci, İran üçüncü olub.
Yarışlarda ümumilikdə 57 ölkədən idmançılar mübarizə aparıblar.