RU

Süni mayalanma qadın sağlamlığını məhv edir? - Rusiyalı həkimdən AÇIQLAMA

Ekstrakorporal mayalanma (süni mayalanma) proseduru hələ də bir çox qadınlarda narahatlıq və çox sayda qorxu hissi yaradır. Ən çox narahatlıq doğuran məqam hələ də haqqında xeyli miflərin dolaşdığı hormonlardır.

"Ölkə.az" bildirir ki, bu barədə rusiyalı reproduktoloq, reproduktiv sağlamlıq mərkəzinin mütəxəssisi Mariya Braqina KP.ru-ya müsahibəsində danışıb.

Mariya Braqina ekstrakorporal mayalanmanın qadın sağlamlığını həqiqətən də məhv edib-etmədiyinə aydınlıq gətirib.

"Bütün hormonal preparatlar hələ də bir çoxları üçün olduqca təhlükəli və zərərli görünür. Əslində əczaçılıq məhsulları illər ərzində xəstələrin qorxulu gözləntilərini xeyli aşıb. Və düzgün təyin olunmuş hormonal preparatlar indi xarici görünüşü və rifahı yalnız yaxşılaşdırır", - deyə həkim əmin edib.

Süni mayalanmaya başlamazdan əvvəl hər bir xəstə tam müayinədən keçir. Bu, riskləri müəyyən etməyə, əks göstərişləri istisna etməyə və maksimal yumşaq stimulyasiya sxemini seçməyə kömək edir.

"Hər bir qadın üçün analiz nəticələrindən asılı olaraq, reproduktoloq preparatların (dərmanların) növünü və onun kursunu - məsələn, müayinə məlumatlarına əsasən, hormonal stimulyasiyanın yumşaq üsullarını seçir", - deyə həkim qeyd edib.(oxu.az)

Избранный
21
2
olke.az

3Источники