Formula 1-də mövsümün 22-ci yarışı baş tutub.

Offsideplus.az xəbər verir ki, Las-Veqasda keçirilən yarışı "Red Bull"un pilotu Maks Ferstappen qazanıb.

Ötən gün poulu qazanan çempionatın lider Lando Norris isə startda səhvə yol verərək ikinciliklə kifayətlənməli olub.

Podiumu "Mersedes"dən Corc Rassell tamamlayıb.

Çempionatın ikincisi Oskar Piastri isə 4-cü olub.

Sona iki yarış qalmış Norris 408 xalla liderdir. Onu komanda yoldaşı Piastri təqib edir. Avstraliyalı pilotun 378 xalı, Ferstappenin isə 366 xalı var.