26 yaşlı britaniyalı Formula-1 pilotu Lando Norris və onun 24 yaşlı avstraliyalı komandadaşı Oskar Piastri “Maklaren” komandasının avtomobillərində slayd plakasının normadan artıq aşınması səbəbindən Las-Veqas Qran-Prisindən sonra diskvalifikasiya ediliblər.
90deqiqe.Az-ın məlumatına görə, bu qərar Beynəlxalq Avtomobil Federasiyası (FIA) və stüardların yoxlamalarından sonra qəbul olunub.
Yoxlamalar zamanı bolidlərin altındakı platalar yoxlanılıb və Joe Bauer-in rəyinə görə, plataların qalınlığı 9 mm-dən az olub, bu isə qaydalara ziddir.
Diskvalifikasiya nəticəsində şəxsi hesabda vəziyyət belədir:
Lando Norris («Maklaren») — 390 xal
Oskar Piastri («Maklaren») — 366 xal
Maks Ferstappen («Red Bull») — 366 xal
Komanda üçün çətin anlar yaradacaq bu qərar, mövsümün sonlarına yaxın mübarizəyə təsir göstərə bilər.