RU

İkardi karyerasını ölkəsində davam etdirə bilər

"Qalatasaray"ın əsas hücumçusu Mauro İkardi qış transfer pəncərəsində iş yerini dəyişə bilər.

Fanat.Az xəbər verir ki, Argentina təmsilçisi "River Pleyt" ulduz forvardı yenidən ölkəsinə gətirmək üçün ciddi şəkildə hazırlaşır.

"El Crack Deportivo"nun məlumatına görə, "River Pleyt" rəhbərliyi İkardinin statistik göstəricilərini uzun müddətdir yaxından təhlil edir. 31 yaşlı hücumçu bu mövsüm Super Liqada və avrokuboklarda ümumilikdə 16 oyunda 7 qolla çıxış edərək yüksək məhsuldarlığını davam etdirir. Keçən mövsüm isə İkardi "Qalatasaray"ın çempionluğunda əsas pay sahibi olmuş, bütün turnirlərdə 42 oyunda 32 qol vurmuşdu.

"River Pleyt" texniki heyətinin fikrincə, təcrübəli hücumçunun bitiriciliyi, penalti xəttindəki dəqiqliyi və liderlik keyfiyyətləri komandanın hücum xəttinə birbaşa təsir göstərə bilər. Klub həmçinin İkardinin Argentina futbol ictimaiyyətində yüksək tanınmışlığa sahib olmasının marketinq baxımından da üstünlük gətirəcəyini düşünür.

Kamil Xudiyev

Избранный
26
fanat.az

1Источники