RU

SON DƏQİQƏ! Premyer Liqa klubu baş məşqçini göndərir 

Premyer Liqada sonuncu sırada gedən “Karvan-Yevlax” komandası baş məşqçi ilə yolları ayırır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik Azər Həşimovla yolları ayırır. Artıq baş məşqçiyə bununla bağlı məlumat verilib. Mütəxəssis bu gün klubun bazasından əşyalarını toplayıb. Qısa vaxtda məşqçi ilə yolların ayrıldığı rəsmən açıqlanacaq.

Xatırladaq ki, Yevlax təmsilçisi son turda “Kəpəz”ə məğlub olub. Komanda hazırda 5 xalla sonuncu sırada yer alır.

Həsən Quluzadə

Избранный
30
1
idmanxeber.az

2Источники