Premyer Liqanın XII turunda daha bir matç keçirilib.
Sportinfo.az xəbər verir ki, "Sabah" evdə "Şamaxı" ilə üz-üzə gəlib.
"Bank Respublika Arena"da baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.
Bu nəticədən sonra "Sabah" 22 xalla turnir cədvəlinin 4-cü pilləsindədir. 14 xala malik bölgə təmsilçisi isə səkkizincidir.
"Sabah" - "Şamaxı" 0:0