"Barselona" prezidenti Xoan Laporta Xavinin klubdan ayrılması prosesi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, klub prezidenti bildirib ki, Xavi 2024-cü ildə mövsümün sonunda ayrılacağını özü elan etsə də, daha sonra qərarını dəyişərək davam etmək istədiyini söyləyib:
"Xavi ayrılacağını özü açıqlamışdı — mövsümün sonunda gedəcəyini demişdi. Sonra mənimlə evimdə görüşmək istədi və əslində davam etmək istədiyini, buna ehtiyac duyduğunu izah etdi."
Laporta həmin görüşdə Xaviyə yalnız bir sual verdiyini deyib:
"Ondan soruşdum: ‘Xavi, komandaya inanırsan?’ O isə cavab verdi: ‘100% inanıram — bu futbolçuları çempion edəcəyəm.’"
Lakin Laporta bir neçə gün sonra mətbuat konfransında Xavinin verdiyi başqa açıqlamaya təəccübləndiyini gizlətməyib:
"Bir həftə sonra mətbuat konfransında onun ‘rəqabətədavamlı olmaq üçün bizə iki il lazımdır’ dediyini eşitdim və düşündüm: ‘Bu nədir belə?’"
Prezident əlavə edib ki, Xavi daha sonra Deco ilə danışaraq bir neçə əsas komanda oyunçusunun dəyişdirilməsinin mümkünlüyünü gündəmə gətirib:
"Mən Xaviyə böyük hörmət bəsləyirəm, amma dedikləri məni çox təsirləndirdi."
Laporta sonda klubun prinsipini xatırladıb:
"Biz daha əvvəl Messi, Alba, Busquets, Piqué, hətta Xavi və Koemanla bağlı çətin qərarlar vermişik… amma “Barcelona”da institut hər şeydən öndədir. O, futbolçulardan da, prezidentdən də, məşqçidən də üstündür."