RU

ABŞ Zelenskinin mümkün səfəri və Rusiya ilə təmaslar üçün tarix müəyyənləşdirməyib - KİV

ABŞ Zelenskinin mümkün səfəri və Rusiya ilə təmaslar üçün tarix müəyyənləşdirməyib - KİV

ABŞ administrasiyası nə Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtona səfəri, nə də Vaşinqtonla Moskva arasında yeni təmaslar üçün tarix təyin edib.

AFN.az xəbər verir ki, bu barədə məlumatı "CBS News" Ağ Evdəki mənbələrinə istinadən yayıb.

Bildirilir ki, həm ABŞ, həm də Ukraynadan bir neçə rəsmi şəxs Zelenskinin bu həftə ABŞ-a mümkün səfərinin müzakirə olunduğunu bildirib, çünki prezident Donald Tramp razılaşmanın bağlanmasında israr edir: “Lakin Ağ Evin yüksək vəzifəli rəsmilərindən biri bildirdi ki, nə Zelenski üçün, nə də ABŞ-ın Rusiya rəsmiləri ilə görüşü üçün hələlik heç nə planlaşdırılmayıb”.

Qeyd edək ki, Cenevrdə Ukrayna böhranının həlli üzrə keçirilən məsləhətləşmələr zamanı ABŞ dövlət katibi Marko Rubio yaxın günlərdə Tramp ilə Zelenski arasında danışığın mümkünlüyünü istisna etmədiyini bildirib.

"CBS News" öz mənbələrinə istinadən xəbər verir ki, Zelenskinin ABŞ-a səfəri müzakirə edilib, lakin qərar Cenevrədə aparılan ikitərəfli təmasların nəticələrindən asılı olacaq. Mənbələrə görə, Tramp noyabrın 27-də qeyd olunan Şükran Gününədək razılaşmaya nail olunmasının tərəfdarıdır.

Избранный
66
afn.az

1Источники