RU

Biləsuvarın bu ərazilərində işıq olmayacaq

Bu gün Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 3.2 mVA gücündə transformatorda təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Nərimankənd qəsəbəsi və Səmədabad kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

Избранный
141
31
bizim.media

10Источники