RU

TİKA-nın Bakı ofisi davamlı əməkdaşlıq məqsədilə 2000-dək layihəyə imza atıb - Hayrettin Özçelik

Bakı. Trend:

TİKA yarandığı gündən etibarən 170-dən çox ölkədə 30 mindənartıq layihə və fəaliyyət həyata keçirmişdir.

Trend xəbərverir ki, bunu Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakıofisinin rəhbəri Hayrettin Özçelik Türk Dövlətləri Təşkilatına üzvölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmiaçılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, qurumun missiyası hər zaman Türkiyənin beynəlxalqinkişaf əməkdaşlığı çərçivəsində ölkələrin iqtisadi, sosial vəhumanitar inkişaf proseslərini dəstəkləmək, ortaq tarixi və mədəniirsimizi gələcəyə daşıyacaq davamlı layihə və fəaliyyətlər həyatakeçirməkdir:

“Bu missiyaya uyğun olaraq, TİKA-nın ilk ofislərindən biri olanBakı ofisimiz davamlı əməkdaşlıq məqsədilə 2000-ə yaxın layihəyəimza atmışdır. Təhsildən sağlamlığa, potensialın artırılmasındantarixi irsin qorunmasına qədər müxtəlif sahələrdə TürkRespublikaları ilə olan qardaşlıq münasibətlərimizi inkişafetdiririk. Ofislərimiz vasitəsilə Türk xalqının qardaşlığınıdünyanın hər bir nöqtəsinə çatdırırıq.

Sivil toplumun, müasir dövlətlərin əsas sütunlarından biriolduğu şüuru ilə hərəkət edərək ortaq irsimizin kəşfini və müasirtəcrübələrimizi paylaşmağı davam etdirmək istəyirik. Burada tədbirəqatılan qonaqlarımız da öz vətəndaş cəmiyyəti təcrübələrinibir-birilərinə ötürəcək və aramızdakı dostluq daha damöhkəmlənəcək”.

Məqalədə:
Избранный
68
1
az.trend.az

2Источники