RU

Yüksək Liqa: Bu gün 4-cü tur start götürür

Bu gün voleybol üzrə qadın komandaları arasında Yüksək Liqanın 4-cü turu start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.

"Milli Aviasiya Akademiyası" "Azərreyl"i qəbul edəcək. Qarşılaşma 17:00-da başlayacaq.

Komandaların turnir cədvəlindəki mövqeyi: UNEC, DH Volley - hərəyə 5 xal, Gəncə - 4, Azərreyl, Murov Az Terminal, "Turan" - 3. "Milli Avisasiya Akademiyası" - 1, "Abşeron", "Gənclər" - 0.

Nihat

Избранный
22
1
fanat.az

2Источники