RU

Azərbaycan yığması "IHF Trophy" turnirinə hazırlığın son mərhələsinə start verdi

Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi "IHF Trophy" beynəlxalq turnirinə hazırlığın son mərhələsinə başlayıb.

Fanat.Az Azərbaycan Həndbol Federasiyasına istinadən xəbər verir ki, komanda Kosovoda keçiriləcək turnir ərəfəsində hazırlıq prosesini “AHF Arena”da davam etdirir.

Baş məşqçi Səkinat Abasova toplanışa 14 oyunçu çağırıb.

Milli noyabrın 26-dan 30-dək Priştina şəhərində təşkil olunacaq yarışda Kosovo ilə yanaşı, Böyük Britaniya, Belçika və Bolqarıstan komandalarına qarşı mübarizə aparacaq.

Избранный
35
fanat.az

1Источники