RU

Efiopiyada vulkan 10 min il sonra püskürdü Video

ain.az bildirir, Yeniavaz portalına istinadən.

Efiopiyada fəaliyyətsiz olan Hayli Qubbi vulkanı püskürərək, atmosferə böyük kül buludu buraxıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “African News” portalı məlumat yayıb.

Məlumata görə, vulkan Efiopiyanın şimal-şərqindəki Afar bölgəsində yerləşir.

Portalın məlumatına görə, bu, ən azı son 10 min ildə qeydə alınan ilk püskürmədir.

Digər tərəfdən, “BNO News” portalı kül buludunun 13,7 km hündürlüyə qalxdığını, Yəmən və Oman istiqamətində hərəkət etdiyini bildirib. Onun İran, Pakistan və Hindistana çatmaq ehtimalı da var.

Son məlumatlara görə, püskürmə dayanıb.

Hadisənin aviareyslərə təsiri barədə məlumat yoxdur.

Vulkanın yaşayış məntəqələrinə zərər verib-verməməsi barədə də məlumat daxil olmayıb.

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
78
1
yeniavaz.com

2Источники