RU

“Birbank” maaş və pensiya kartlarından da komissiya tutacaq?

Yeni qayda əmək haqqı və təqaüd (pensiya) kartlarına şamil edilmir.

NOCOMMENT.az xəbər verir ki, əmək haqqı və pensiya kartlarından Birbank/Kapital Bank bankomatlarından nağdlaşdırma etdikdə əvvəlki kimi heç bir komissiya tutulmur.

Noyabr ayının 27-dən etibarən edilən dəyişiklik yalnız seçilmiş müştərilərin Birbank debet kartlarına, kredit kartlarındakı şəxsi vəsaitlərə və Bakcell Ko-brend kartına aiddir”

Qeyd edək ki, bundan öncə “Birbank” istifadəçilərinə 27 noyabr tarixindən etibarən “Kapital Bank” ATM-lərindən nağdlaşdırma və digər bank kartlarına köçürmə əməliyyatlarında 1% komissiya tətbiq olunacağı barədə mesaj göndərilib.

Избранный
182
3
nocomment.az

6Источники