RU

Xırdalan və Hövsana gedən avtobusları qadın sürücülər idarə edəcək – RƏSMİ AÇIQLAMA - VİDEO

Bu gün Bayırşəhərin bir çoxlarımız tərəfindən “köhnə”, “yararsız” və ya “dəyərsiz” kimi qiymətləndirilən məkanları gələcək nəsillər üçün Bakının sosial həyatı, şəhərsalması, məhəllə mədəniyyəti və memarlıq ənənələri barədə nadir məlumat mənbəyinə çevrilə bilər. 

Avtosfer.az xəbər verir ki, şəhərin bu kimi klassik məhəllə fraqmentləri mütləq şəkildə qorunmalı və gələcək üçün sistemli şəkildə sənədləşdirilməlidir.

Şəhərsalma üzrə mütəxəssislər xüsusilə Abdulla Şaiq küçəsi ilə “Nizami” stansiyası arasında yerləşən hissəni nümunə göstərərək bildirirlər ki, bu ərazi Bakının XIX–XX əsr məhəllə quruluşunun parlaq izlərini hələ də saxlayır. Dar küçələr, həyət evləri, köhnə memarlıq elementləri, illərlə formalaşmış sosial mühit və bu məkanlarda yaşayan insanların şəhər həyatına aid kiçik, lakin vacib izləri unikal bir irs nümunəsidir.

Təklifə görə, Bayırşəhərin bu hissəsində mövcud struktura toxunulmadan, müəyyən küçələr bütöv şəkildə qorunaraq “Bayırşəhər Açıq Hava Şəhərsalma Muzeyi” yaradılmalıdır. Belə bir məkan təkcə turistlər üçün deyil, həm də memarlıq və şəhərsalma ixtisası üzrə təhsil alan tələbələr, tədqiqatçılar, həmçinin bu sahəyə marağı olan mütəxəssislər üçün canlı öyrənmə laboratoriyası rolunu oynaya bilər.

Mütəxəssislər hesab edir ki, açıq hava muzeyi ideyası Bakı üçün həm mədəni, həm elmi, həm də turistik baxımdan mühüm bir layihəyə çevrilə bilər. Bu cür məkanlar şəhərin keçmişini gələcək nəsillərə daha düzgün çatdırmaq, urbanistik inkişafın mərhələlərini real nümunələrlə göstərmək və Bakı məhəllələrinin memarlıq yaddaşını qorumaq üçün böyük əhəmiyyət daşıyır.

Qeyd olunur ki, şəhərin sürətli modernləşməsi fonunda belə tarixi məkanların muzeyləşdirilməsi unikal memarlıq-mədəni irsin itirilməsinin qarşısını ala bilər və Bakının şəhərsalma tarixinin canlı şəkildə qorunması üçün mühüm addım ola bilər.

Eltac Zülfüqaroğlu

Избранный
79
avtosfer.az

1Источники