"Telegram"ın qurucusu Pavel Durov amerikalı siyasi fəal Çarli Kirkin sui-qəsdində Fransanın əli ola biləcəyini iddia edib.
Publika.az xəbər verir ki, Durov amerikalı jurnalist Kendas Ouensin Kirkin sui-qəsdi ilə bağlı dərc etdiyi məlumatların etibarlı olduğuna inandığını bildirib.
"Çarli Kirkin Fransa haqqında dediyi hər şeyi nəzərdən keçirdikdən sonra düşünürəm ki, Kendasın Fransanın sui-qəsddəki rolu ilə bağlı məlumatları tamamilə inandırıcıdır", - o söyləyib.
Qeyd edək ki, Kendas Ouens daha əvvəl yüksək vəzifəli Fransa hökumət rəsmisinin onunla "X"də əlaqə saxladığını bildirmişdi. Onun sözlərinə görə, rəsmi Kirkin qatilinin çoxmillətli təşkilat olan Fransa Legionunun 13-cü Briqadasında təlim keçdiyini deyib.