RU

Gürcüstanda yeni qadağa

Ajans.az xəbər verir ki,bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze parlamentin idman komitəsinin iclasında məlumat verib, Georgia Online yazır. Daraxvelidzenin sözlərinə görə:
  • 18 yaşdan kiçik, lakin 16 yaşdan yuxarı şəxslərə bibər qazı verilməsi halında inzibati cəza tətbiq ediləcək.
  • Əgər bibər qazı 16 yaşdan kiçik şəxsin əlində aşkarlanarsa, hüquq-mühafizə orqanları araşdırma aparacaq və onu satan hüquqi və ya fiziki şəxs məsuliyyətə cəlb olunacaq.
“Məsuliyyət satıcı üzərində olacaq — onun 18 yaşdan kiçik şəxsə bibər qazı satmaq hüququ yox idi. Bu halda valideyn məsuliyyəti nəzərdə tutulmur”, — Daraxvelidze bildirib. Mediyanın məlumatına görə, hazırda parlamentdə akustik (səs) silahların, elektroşok cihazlarının və qaz-aerozol vasitələrinin dövriyyəsini tənzimləyən qanun dəyişikliyi müzakirə olunur.

 

Избранный
75
Ajans.az

1Источники