Mauro İkardi tənqidlərə cavab verib.

Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu qızlarını görmək üçün klubdan icazə aldığını bildirib:

"Mən peşəkar futbolçuyam. İşimi ən yaxşı şəkildə etməyə çalışıram. Qızlarımdan uzaq olmaq mənim üçün bəhanə deyil. Qızlarımı 5 aydır görmədiyim üçün həftəsonu klubdan icazə istədim. Onlar da verdi. Heç bir bəhanə yoxdur".

İkardi "Qalatasaray"ın Avropanın ən yaxşı klublarından biri olduğunu düşünür:

"Biz indi Avropanın ən yaxşı klublarından biriyik. Bunu Çempionlar Liqasında nümayiş etdiririk. İndi biz Osimhen və Sane kimi əvvəllər çox bahalı və ağlasığmaz hesab edilən yüksək səviyyəli transferlər edə bilirik. Biz dünyada hər bir oyunçunun bildiyi və gəlmək istədiyi bir yerə çevrilmişik".

Qeyd edək ki, İkardi milli komandalar üçün yaranan fasilədə digər futbolçulardan 6 gün daha çox istirahət edib.