RU

Tramp “Müsəlman Qardaşları”nı terror təşkilatı elan etməyə hazırlaşır 

ABŞ prezidenti Donald Tramp administrasiyasının “Müsəlman Qardaşları”nı xarici terror təşkilatları siyahısına salmaq üçün sənədləşmə prosesini yekunlaşdırdığını bildirib.

Vətəninfo.az xəbər verir ki, Tramp Just the News-a açıqlamasında qərarın “mümkün olan ən ciddi səviyyədə” icra olunacağını deyib və bunun məcburi xarakter daşıyacağını vurğulayıb.

Məlumata görə, belə bir addım ABŞ-ın təşkilata yönələn bütün maliyyə axınını dayandıracaq və qrup üzvlərinin ölkəyə girişini qadağan edəcək. Qərar zorakılıq və hədə-qorxu ilə bağlı təhlükələrin qarşısının alınması ilə əsaslandırılır.

“Müsəlman Qardaşları”nın terror təşkilatı kimi tanınması mövzusu ilk dəfə Trampın 2019-cu ildəki prezidentliyi dövründə gündəmə gəlib. Hərəkat ittihamları rədd edərək özünü dinc siyasi fəaliyyətə sadiq qrup kimi təqdim edib.

Избранный
46
veteninfo.az

1Источники