RU

40 yaşlı Ronaldo bioloji olaraq 28 yaşındadır

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo "Whoop" şirkətinin apardığı araşdırmaya əsasən, 40 yaşına baxmayaraq bioloji yaşının 28 olduğunu açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu bu barədə "X" sosial şəbəkə hesabında yazıb:

“Məlumatlar yalan danışmır”.

Bu mövsüm Ronaldo klub və millidə 17 oyuna çıxıb, 16 qol vurub və 2 məhsuldar ötürmə edib. “Əl-Nəsr”də 2023-cü ildən çıxış edən ulduz daha çox “Mançester Yunayted” və “Real”dakı çıxışları ilə tanınır. Beş dəfə “Qızıl Top” mükafatına layiq görülmüş portuqaliyalı futbolçu futbol tarixində öz yerini möhkəm tutub.

Избранный
48
90deqiqe.az

1Источники