RU

KTMT nin gələn il baş katibi olacaq şəxsin adı AÇIQLANDI

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

KTMT-nin noyabrın 27-də Bişkekdə keçiriləcək sammitində 2026–2028-ci illər üçün baş katib postunu tutacaq şəxs təsdiqlənəcək.Hazırda təşkilatın rəhbərinin müavini olan Taalatbek Masadikov 2026-cı il yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi olacaq.Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

 

"Təbii ki, sessiyada KTMT-nin baş katibi İmanqali Tasmaqambetov iştirak edəcək. O, yanvarın 1-də bu vəzifədən gedir. Artıq katibliyin rəhbəri postunda Qırğızıstan nümayəndəsi, hazırda KTMT baş katibinin müavini vəzifəsində çalışan Masadikov olacağı müəyyənləşib", – deyə Uşakov qeyd edib.

Qeyd edək ki, noyabrın 27-də Bişkekdə keçiriləcək KTMT sammitində Rusiya, Qırğızıstan, Belarus və Tacikistan liderləri iştirak edəcəklər.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
55
6
bizim.media

5Источники