RU

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

Avropa İttifaqına üzv ölkələr Ukraynadakı münaqişənin davam etməsində maraqlı olsalar da, Kiyevə maliyyə ayırmaq imkanları tükənib.

Doğru.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban sosial şəbəkədə yayımladığı videomüraciətdə deyib.

Onun sözlərinə görə, Aİ hazırda Ukraynaya nə hərbi texnika, nə də əməliyyatları maliyyələşdirmək üçün vəsait ayırmaq imkanına malikdir:
“Avropa İttifaqı müharibəni davam etdirmək istəyir, lakin Ukraynaya hərbi texnika və ya Ukraynanın əməliyyatlarını maliyyələşdirmək üçün bir qəpik də yoxdur”, – Orban bildirib.

Bundan əvvəl Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən istifadə məsələsini “daha aktual” adlandırmışdı.

DOĞRU.AZ

Избранный
9
1
dogru.az

2Источники