BAKI, 25 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında təxminən bir saat davam edən telefon danışığı baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib.
“Təxminən bir saat sürdü. Çox pozitiv bir danışıq oldu”, - Levitt bildirib.
Bundan əvvəl Donald Tramp "Truth Social" platformasında Si Cinpinlə Ukrayna münaqişəsi də daxil olmaqla bir sıra məsələləri müzakirə etdiklərini yazmışdı.
ABŞ lideri həmçinin ÇXR sədrinin onu apreldə Pekinə dəvət etdiyini, özünün isə bu dəvəti qəbul etdiyini bildirib.