RU

Maaşdan gəlir vergisi barədə iki maraqlı təklif var...


Vüqar Bayramov: “Minimum əmək haqqı alan vətəndaşların maaşları yüksək olmadığı üçün əmək haqlarının vergiyə cəlb olunması arzuolunan deyil”

Milli Məclisdə əməkhaqqı alan şəxslərin vergi dərəcələrindən azad edilməsi məsələsi müzakirə olunur. Milli Məclisin ötən iclasında 1 000 manata qədər əməkhaqqı alan şəxslərin bütün vergi dərəcələrindən azad olunması təklif edilib.

Həmçinin, minimum əmək haqqı alan şəxslərin də gəlir vergisindən azad olunması fikri səsləndirilib. Qeyd edilib ki, həm dövlət, həm özəl sektorda minimum əmək haqqı alan vətəndaşların maaşlarının vergidən azad olunması sosial təminat baxımından da məqsədəuyğundur. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər.

“Minimum əmək haqqının gəlir vergisindən azad edilməsi aşağı maaş alan vətəndaşların gəlirlərinin artmasına, sosial vəziyyətinə müsbət təsir edər”

Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Milli Məclisin iclasında Vergi Məcəlləsinin müzakirəsi zamanı minimum əmək haqqının gəlir vergisindən azad edilməsi müzakirə olunur: “Biz minimum əmək haqqının gəlir vergisindən azad edilməsini təklif etmişik. Məlumat üçün deyim ki, inkişaf etmiş ölkələrdə minimum əmək haqqının vergidən azad edilməsi təcrübəsi var. Oxşar təcrübənin ölkəmizdə tətbiq olunmasının tərəfdarıyıq. Minimum əmək haqqının gəlir vergisindən azad edilməsi aşağı maaş alan vətəndaşların gəlirlərinin artmasına, sosial vəziyyətinə müsbət təsir edər. Minimum əmək haqqı alan vətəndaşların maaşları yüksək olmadığı üçün əmək haqlarının vergiyə cəlb olunması arzuolunan deyil.

Onu da deyim ki, həm dövlət, həm özəl sektorda vergidən azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər. Yəni 2500 manatadək əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər. Ümumiyyətlə, 1000 manata qədər əmək haqları vergidən azad edilməlidir".

Günel CƏLİLOVA

Избранный
169
baki-xeber.com

1Источники