RU

Avropa çempionatı: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq

Bu gün Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, B Liqasının V qrupunda yer alan Həbib Ağayevin baş məşqçisi olduğu komanda Sloveniya ilə qarşılaşacaq.

Görüş Şimali Makedoniyanın Strumitsa şəhərindəki Kukuş stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qeyd edək ki, yığma növbəti matçını noyabrın 28-də Şimali Makedoniyaya qarşı keçirəcək.

İdman.Biz

Избранный
63
5
idman.biz

7Источники