16 yaşlı Hüseyn Hacıyev adlı azərbaycanlı Orexovı bulvarında yerləşən "Moskva" ticarət mərkəzində mühafizəçini bıçaqlayıb.
Publika.az xəbər verir ki, hadisənin baş verdiyi gün H.Hacıyev saxlanılıb. O, saxlanılan zaman iki polis əməkdaşını da bıçaqla yaralayıb.
Məlum olub ki, sözügedən azərbaycanlı ticarət mərkəzində uşaq və qadınlar üçün ayrılmış otaqda namaz qılıb. Bu zaman mühafizəçi ona irad bildirib. Hüseyn namazını qılıb çölə çıxan kimi ilk gördüyü mühafizəçini bıçaqlayıb.
Mühafizəçi xilas edilib və ona dərhal tibbi yardım göstərilib.
Moskva İstintaq Komitəsi ağır cinayətlərdə şübhəli bilinən Moskva Elektromexanika və İnformasiya Texnologiyaları Kollecinin 1-ci kurs tələbəsinə qarşı cinayət işi açıb.