RU

Robert Levandovski Ronaldunun rekordunu yeniləyib

Bakı, 25 noyabr, AZƏRTAC

İspaniyanın “Barselona” klubunun hücumçusu Robert Levandovski Avropanın top-5 liqalarında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, bu ay ərzində 3 dəfə fərqlənən polşalı futbolçu qollarının ümumi sayını 209-a çatdırıb.

37 yaşlı oyunçu bu qollardan 132-ni Almaniya təmsilçisi “Bavariya”nın heyətində Bundesliqada, 77-ni isə “Barselona” forması ilə La Liqada vurub.

O, bu göstərici ilə Kriştianu Ronaldonu geridə qoyub. Portuqaliyalı ulduz 30 yaşdan sonra İspaniya, İtaliya və İngiltərə çempionatlarında ümumilikdə 206 dəfə rəqib qapısına yol tapıb.

Избранный
20
2
azertag.az

4Источники