RU

ABŞ: Cenevrədə Ukrayna sülh danışıqları "çox müsbət keçdi"

Ağ Evin mətbuat katibi Karolin Leavitt İsveçrənin Cenevrədə keçirilən Ukrayna sülh planı danışıqlarının "çox yaxşı və məhsuldar" olduğunu və 28 maddəlik planın əksər hissəsi üzrə razılığa gəlindiyini açıqladı.

Ağ Evin sözçüsü Karolin Livitt, İsveçrənin Cenevrə şəhərində keçirilən Ukraynadakı sülh planı danışıqlarının çox müsbət olduğunu və maddələrin əksəriyyəti üzrə razılığa gəlindiyini bildirdi.

ABŞ sözçüsü Ağ Evin çəmənliyində mətbuatın suallarını cavablandırdı və Rusiya-Ukrayna prosesindəki mövcud vəziyyəti qiymətləndirdi.

Livitt, ABŞ prezidenti Donald Trampın təqdim etdiyi 28 maddəlik sülh planının ətraflı müzakirə edildiyi 23 noyabrda Cenevrədə keçirilən danışıqların çox yaxşı və məhsuldar olduğunu bildirdi.

Ağ Evin sözçüsü dedi: "Hər kəs Cenevrədə ortaya çıxan nəticələrə nikbin yanaşır. Katib (Marko) Rubio, xüsusi nümayəndə (Stiv) Vitkov və bütün komanda həm rusların, həm də ukraynalıların töhfəsi ilə ABŞ tərəfindən hazırlanan 28 maddəlik sülh planındakı maddələri ətraflı müzakirə etdi. Nəticədə, bu maddələrin böyük əksəriyyəti üzrə razılığa gəlinib".

Leavitt bütün mətn üzrə razılıq əldə edildikdən sonra Rusiya tərəfinə keçəcəklərini qeyd edərək əlavə etdi: "Bu müharibənin digər tərəfi olan rusların bunları qəbul etməsini təmin etməliyik. Prezident bu müharibənin mümkün qədər tez bitməsini istəyir".

Избранный
11
kommersant.az

1Источники