RU

AÇG-də quyular kiçilir, geologiya mürəkkəbləşir, texnologiya həyati zərurətə çevrilib - bp

Bakı. Trend:

AÇG-də texnoloji həllərin tətbiqi həyati zərurətə çevrilib.

Trend xəbərverir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrəregional prezidenti Ciovanni Kristofoli bu gün Bakıda keçirilən SPE2025 Xəzər Texniki Konfransında deyib.

Onun sözlərinə görə, Azəri–Çıraq–Günəşli (AÇG) dünya səviyyəlinəhəng yataqlardan biridir, 8–9 milyard barel neft ehtiyatıvar:

"Təsəvvür edin ki, Aya çıxıb Yer kürəsinə baxırsınız və özünüzəsual verirsiniz: dünyanın ən iri karbohidrogen ehtiyatlarıharadadır? Xəzər və AÇG həmin mərkəzlərdən biridir. Bu qədər böyükehtiyatı 60-80 faiz yerin altında qoymaq həm iqtisadi, həm dəstrateji baxımdan qəbuledilməzdir. Lakin 10 il əvvəl, hətta 5 iləvvəl 20-30 min barel hasil edən quyuları qazırdıqsa, bu gün yeniquyular 2–3 min barel verir. Quyular kiçilir, quruluşu inanılmazdərəcədə mürəkkəbləşir. Geologiya da çətinləşir. Bu isə o deməkdirki, biz texnologiyaya ciddi şəkildə ehtiyac duyuruq".

O vurğulayıb ki, texnologiya və innovasiya bu yataqlardanresursları hasil edib Avropaya və digər bazarlara çatdırmaq üçünhəyati əhəmiyyət daşıyır:

"Texnologiya bir zərurətdirsə, coğrafi məhdudiyyətlər aradanqalxır. Bu ehtiyac və tələbat bizi irəli aparır və qapalı qurucoğrafiyası heç bir maneə yaratmır".

Məqalədə:
Избранный
71
az.trend.az

1Источники