RU

Nərimanov rayonunda fərdi yaşayış evində yanğın baş verib

Nərimanov

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, 2-ci Şimal küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.My WebpageMəlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 900kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına, o cümlədən bitişik tikilən evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Ulusum.az xəbər verir ki. yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 320kv.m. sahədə yanıb. 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.NərimanovEvin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.R.Daşdəmirova

Diqqət Çəkənlər

Hazır Yufkadan Ləzzətli Qozlu Paxlava Resepti

Nəsimidə çoxmərtəbəli binada yanğın – FHN ərazidədir

Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada yangın

Избранный
95
49
ulusum.az

10Источники