
Qarabağ və Şərqi Zəngəzurda yaradılan sənaye parkları həmin ərazilərimizin inkişafını stimullaşdırmaqla yanaşı, ölkəmizdə qeyri-neft sektorunun inkişafına artıq xüsusi töhvə verməkdədir. "Ağdam" və "Araz Vadisi İqtisadi Zonası" Sənaye parklarında 50 rezident və 7 qeyri-rezident müəssisə qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon manat investisiya yatırılıb və 1057 iş yeri yaradılıb. Ağdam Sənaye Parkında istehsal edilən məhsulların 39,5 milyon manatlıq hissəsi ixrac olunub. Bu o deməkdir ki, artıq Qarabağda istehsal olunan məhsullar dünya bazarlarına çıxarılmaqdadır. Bu isə Qarabağın qısa zamanda Azərbaycanda iqtisadi inkişafın əsas drayverlərindən birinə çevriləcəyindən xəbər verir.
Azərbaycan dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsait ayrılıb. Gələn il dövlət büdcəsindən işğaldan azad olunan ərazilərimizin bərpasına 3.5 milyard manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzur daxili maliyyə mənbələri hesabına qurulur və inkişaf etdirilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31