RU

ABŞ daha bir təşkilatı terrorçular siyahısına saldı

ABŞ Prezidenti Donald Tramp, “Müsəlman qardaşları” təşkilatının bəzi ölkələrdəki qollarının “Xarici terror təşkilatları” siyahısına daxil edilməsini nəzərdə tutan Prezident fərmanını imzalayıb.

"Cebheinfo.az" xəbər verir ki, Ağ Evin yaydığı yazılı açıqlamada Trampın “Müsəlman qardaşları” təşkilatına dair imzaladığı Prezident fərmanı paylaşılıb.

Həmin fərmanda Tramp, Dövlət katibi Marko Rubio və Xəzinə katibi Skott Bessentə “Müsəlman qardaşları”n bəzi ölkələrdəki bölmələrinin “Xarici terror təşkilatları” və “Xüsusi olaraq təyin edilmiş qlobal terrorçular” siyahılarına əlavə olunması üçün zəruri işləri görmək barədə göstəriş verdiyini bildirib.

Fərmana görə, xüsusilə Misir, Livan və İordaniyada fəaliyyət göstərən “Müsəlman qardaşları” təşkilatının bu siyahılara salınması və müvafiq sanksiyalara məruz qalması nəzərdə tutulur.

Prezident fərmanında 7 oktyabr 2023-də HƏMAS-ın həyata keçirdiyi hücumlara istinad edilərək Müsəlman qardaşları” təşkilatının Livandakı hərbi qanadının” həmin hücumlardan bəzilərində iştirak etdiyi və bu kimi fəaliyyətlərlə ABŞ-nin milli maraqlarına zərər vurduğu iddia edilib.

Fərmana əsasən, Dövlət Departamenti və Xəzinə Departamenti 30 gün ərzində lazımi hüquqi prosedurları tamamlayaraq fərmanda qeyd olunan tənzimləməni həyata keçirəcək.

Избранный
26
cebheinfo.az

1Источники