RU

Makronla bağlı xəbər təşviş yaratdı: SSRİ dən sonra ilk yaşanır

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Le Figaro” Fransa Prezidenti Emmanuel Makronun könüllü hərbi xidmətin tətbiqini elan etməyə hazırlaşdığını yazıb. Nəşrin iddiasına görə, qərarın noyabrın 27-də açıqlanması planlanıb.

Bundan əvvəl Almaniya gözlənilən müharibə ilə bağlı orduda çağırışı bərpa etmək qərarına gəldiyini elan etmişdi. İki böyük Avropa ölkəsinin hərbi hazırlıq elan etməsi Rusiya ilə ehtimal qarşıdurma və Ukraynadakı münaqişənin geniş coğrafiyaya yayılması iddiaları fonunda diqqət çəkir.

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Fransa prezidentinin könüllü hərbi xidmətin tətbiqini elan etməyə hazırlaşması haqqında yayılan xəbərlər Avropada təhlükəsizlik vəziyyətinin nə qədər gərgin olduğunu bir daha göstərir:

“Bu qərarın illik 10 min nəfərdən 50 min nəfərə qədər gənci əhatə edəcəyi nəzərdə tutulur. Rəsmi Berlin də Rusiya təhdidinin artmasını əsas gətirərək hərbi qüvvələrini gücləndirmək üçün 18 yaşdan yuxarı kişilərə məcburi qeydiyyat və tibbi müayinə tətbiq edib.

Avropa ölkələrinin hərbi siyasətində dəyişikliklər təsadüfi deyil. 2022-ci ildən bəri davam edən Rusiya-Ukrayna müharibəsi “soyuq müharibə” dövründən bu yana unudulmuş təhdidləri canlandırıb. Almaniya kimi ölkələr SSRİ-nin dağılmasından sonra hərbi xərcləri kəsərək peşəkar orduya keçib. Lakin hazırda Rusiyanın hücum ehtimalını nəzərə alaraq köhnə sistemə qayıdırlar.

Makronun könüllü xidmət proqramı milli birliyi gücləndirmək və böhran hallarında mobilizasiya ehtiyatı yaratmaq məqsədi daşıyır. Gənclərin bu çağırışa könüllü qatılacağı deyilir. Beləliklə, dövlətin ehtiyat ordusu formalaşdırılacaq”.

Mütəllim Rəhimli

Siyasi şərhçi bildirib ki, Makronun addımı, əslində Rusiya təhdidinin şişirdilməsidir:

“Bununla belə, yeni gərginlik və müharibə riskini artırır. Çünki adekvat olaraq Rusiyanı da öz hərbi potensialını gücləndirməyə və Fransanın hərəkətlərini nəzarət altında saxlamağa sövq edəcək. Həmçinin Avropa ölkələri daxilində də qeyri-müəyyənliyi çoxaldacaq. Nəticədə Avropa ölkələri koordinasiyasız hərbi güclərini artırmağa başlayacaqlar.

Digər tərəfdən, bu qərar müharibəyə səbəb deyil, əksinə, onu qarşılamaq üçün bir vasitə kimi qiymətləndirilməlidir. Yəni təhdidlərə preventiv cavab tədbiri hesab oluna bilər.

Uzun müddət rahat həyat sürən və Makrondan narazı olan fransızlar orduya çağırılmaya etiraz edəcəklər. Bu isə Fransada daxili sabitliyi zəiflədərək xarici siyasəti daha aqressiv vəziyyətə gətirə bilər. Qorxu xofunun gərginliyi artıraraq, iqtisadi və sosial sabitliyə zərbə vurmaqla potensial müharibə təhlükəsi yaratması mümkündür”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
globalinfo.az

1Источники