RU

Bakının bu rayonlarında su 5 gün fasilə ilə veriləcək

Paytaxtın dörd rayonu və Xırdalan şəhərinin bəzi ərazilərində suyun verilişində fasilələr yaranacaq.
ONN media xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Bildirilib ki, əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində 25-29 noyabr tarixlərində Xəzər, Yasamal, Sabunçu, Xətai, Abşeron rayonlarının, Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilmə rejimlərində dəyişiklik ediləcək, bununla bağlı su təchizatında müvəqqəti fasilələr yaranacaq.
Magistral su kəməri üzərində aparılacaq təmir-bərpa işləri yay aylarında yarana biləcək su çatışmazlığının qarşısının alınması istiqamətində icra olunan davamlı tədbirlərdən biridir.
Избранный
111
49
onn.az

10Источники