RU

Futbolçunun villasından oğrular 100000 avroluq OĞURLUQ EDİLDİ

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"Kremonese"nin hücumçusu Ceymi Vardinin Qarda gölündəki villasından 100.000 avro oğurlanıb.

BAKU.WS İtaliya KİV-ə istinadən xəbər verir ki, oğurluq bazar günü "Kremonese"nin hücumçusu "Roma" ilə oynayarkən baş verib. Evdən bahalı saatlar və zinət əşyaları oğurlanıb.

Məlumata görə, ən azı üç nəfər onun yoxluğundan istifadə edərək pəncərəni zorla açıb və qiymətli saatlar, zinət əşyaları, pul oğurlayıb.

İlkin hesablamalara görə, oğurluğun dəyəri təxminən 100.000 avro olaraq qiymətləndirilir. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Müstəntiqlərin sözlərinə görə, dəstə 38 yaşlı hücumçunun, həyat yoldaşının və uşaqlarının hərəkətlərini izləyirmiş. Onlar evin boş qalmasından istifadə edərək soyğunu həyata keçiriblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
44
1
baku.ws

2Источники